Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ekspert BNA direktoruna qarsi:

11 views21/04/2017

10:17


[r32]
– xeber –
Taksi xidməti son bir ildə devalvasiyalara, qiymətlərin kəskin artmasına baxmayaraq, qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarından idi. Taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi qiymət artımına səbəb olacaq.
Bu sözləri Axar.az-a ekspert Vüqar Bayramov Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı təklifi haqda danışarkən deyib. O bildirib ki, vahid tarifin tətbiqi birmənalı olaraq, taksi xidmətləri sektorunda rəqabətin boğulmasına gətirib çıxaracaq:
“Taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. BNA vahid tarifin tətbiq edilməsini xidmətin dəstəklənməsi, eyni zamanda, taksi xidmətindən istifadə edənlərin hüquqlarının qorunması kimi izah edir. Əslində isə vahid tarif olan yerdə rəqabətdən danışmaq mümkün deyil. Əksinə, bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına və qiymət artımlarına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq.
Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.
Qeyd edək ki, BNA-nın baş direktoru Vüsal Kərimli müsahibəsi zamanı agentliyin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət etdiyini bildirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler