Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Efqanistanda herbi bazaya hucum: 8 olu, 15 yarali

10 views21/04/2017

18:17


[r32]
– xeber –
Əfqanıstan ordusu geyimində olan yaraqlılar ölkənin şimalındakı hərbi bazaya hücum ediblər. Nəticədə 8 hərbçi öldürülüb, 15 nəfər isə yaralanıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Pajvak agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident Bəlx əyalətində baş verib. Əvvəlcə terrorçu kamikadze hərbi bazanın yaxınlığında minalanmış avtomobili partladıb. Sonra yaraqlılar iki “pikap” tipli avtomobillə bazanın ərazisinə daxil olaraq əsgərlərə atəş açıb. Hücum edənlərin birinin ələ keçirildiyi bildirilir. Hücumun məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler