Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ebduleziz İlham Eliyeve mektub gonderdi

6 views17/07/2017

18:34


[r32]
– xeber –
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnun olduğumu bildirir, Sizə uzun ömür və cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqları naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı istiqamətində səylərin davam etdirilməsi əzmində olduğumuzu bir daha təsdiq edirəm.
Cənab Prezident, səmimi salamlarımı və ehtiramımı qəbul etməyinizi xahiş edirəm", – təbrikdə qeyd edilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler