Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dunyanin taninmis fizikleri Bakiya gelir

11 views30/11/2016

18:32

– xeber –
Bu il dekabrın 5-dən 9-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA-nın rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.
AMEA-dan Axar.az-a bildirilib ki, konfransda 50-dək yerli və xarici alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.
Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Koreya Respublikası, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler