Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dunyani iqtisadi sarsintilar gozleyir – Şerh

18 views10/11/2016

06:36

08:30 – xeber – Dünya ciddi geosiyasi iqtisadi sarsıntılar və uzunmüddətli dərin böhran ərəfəsindədir.
 
Axar.az xəbər verirn ki, bu barədə hüquqşünas ekspert Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, artıq Qərbin siyasi sistemi populistləşir və idarəolunmaz olur:
 
“Liberallar deyir ki, bütün dünyanın Qərb cəmiyyətinin başa düşdüyü tərzdə qəbul etməli olduğu hansısa ümumbəşəri dəyərlər mövcuddur. Liberalizm heç vaxt öz dəyərlərini demokratiyadan üstün hesab etdiyini etiraf etmir, onlar arasında ziddiyyətin ola bilməsini belə qəbul etmir. Lakin Breksit və Trampın qələbəsi bu təbliğatı alt-üst etdi. İngilis-sakson dünyası de-fakto liberalizmin əleyhinə səs verdi. Hətta gözümüzün qabağında dağılan ikipartiyalı siyasi sistem (xalq iradəsinin manipulyasiya aləti) də dadlarına çatmadı. Beləliklə, Qərbdə həqiqətən demokratiyanın olduğu mövqeyini qəbul etsək, məhz bu demokratiya liberalizmi qətlə yetirdi. Liberallar demokratik prinsiplərdən elə bərk-bərk yapışmışdı ki, özləri onların qurbanı oldu”.
 
Ekspert bildirib ki, dünya iqtisadi modeli, xüsusən də onun özəyi olan maliyyə sistemi can üstədir:
 
“Qərbin əleyhdarları isə bildirir ki, orada heç bir demokratiya yoxdur və bütün prosesləri pərdə arxasından varlı elita idarə edir. Buna inansaq, həm Breksit, həm də Trampın qələbəsi – elitanın oyunudur. Bu, onlara niyə lazımdır? Artıq demokratiya və liberalizm belə dünyanın idarə olunmasına uyğun deyil, həmçinin elitanın özü üçün təhlükəlidir. Buna görə də ola bilər ki, demokratiyaya liberalizmi məhv etməyə imkan verməklə bunu qlobal problemlər ərəfəsində bilərəkdən hazırlayırlar”.
 
Qeyd edək ki, 8 noyabrda ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler