Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dunyani heyrete salan qulaqciq kesf edildi – Video

13 views23/11/2016

06:32

– xeber –
Dünya dillərini anındaca tərcümə edən qurğu kəşf edilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yeni qurğu qulaqcıq şəklindədir və sizinlə danışanın dilini canlı olaraq, sinxron tərcümə edir. Qurğunun kəşfi bu cür yaranıb:
“Ayndayqoqo” (Indiegogo) kompaniyasının yaradıcısı və rəhbəri Endryu Oçoa bir dəfə ingiliscə bilməyən fransız qızla görüşüb. Bu romantik görüşdə yaranan çətinlik sayəsində də Pilot portativ qulaqcıqları kəşf olunub.
Qurğu belə çalışır: həmsöhbətiniz sizinlə fransızca danışırsa, siz onun danışığını öz ana dilinizdə eşidirsiniz. O isə öz növbəsində sizin danışıqlarınızı öz dilində eşidir.
Pilot qurğusu dəstinə iki ədəd qulaqcıq (biri həmsöhbətiniz üçün), portativ enerji qurğusu və smartfonar üçün proqram daxildir.
Qurğu fransız, ingilis, italyan və ispan dillərini dəstəkləyir. Hazırda kompaniya gələcəkdə başqa dünya dillərinin də lüğətə daxil edilməsi üzərində çalışır.
Qulaqcıqlardan böyük kompaniyalarda da istifadə etmək mümkündür. İştirakçılar bir neçə müxtəlif dildə danışsa belə, hər kəs danışıqları yalnız öz dilində eşidir.
Qurğunun menyüsünə bir neçə məşhur mahnı da daxil edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler