Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dovlet xestexanasinin suyu niye kesildi?

2 views13/10/2017

09:00


[r32]
– xeber –
Azərsu ASC olaraq bildiririk ki, biz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin suyunu kəsməmişik.
Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə verilən suyun borca görə kəsilməsinə münasibət bildirərkən deyib. A.Cəbrayıllı bildirib ki, xəstəxanaya yeni smart-sayğac quraşdırılıb:
“Prezident Adminstrasiyasının Sərəncamına əsasən büdcə təşkilatlarına sayğacların quraşdırılması işləri həyata keçirilir. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə də yeni smart-sayğac quraşdırılıb. Ancaq xəstəxananın suyu kəsilməyib”.
Xəstəxanadan isə Axar.az-a bildirdilər i, su problemi təxminən 10 gün bundan öncə yaşanıb. Yaranmış problem səbəbilə xəstəxanada 2 gün su olmayıb:
“Ancaq xəstəxanamızın hovuzu var. Oradan istifadə edirdik. Artıq problem həllini tapıb. Xəstəxanaya su gəlir”.
Qeyd edək ki, sözügedən xəstəxanada borca görə suyun kəsilməsi barədə xəbər ötən gün sosial şəbəkədə yayılıb. Bildirilir ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler