Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dorduncu Dunya muharibesinde…

23 views19/02/2016

06:52

08:45 – xeber – Deyilənə görə, bir dəfə Eynşteyndən soruşublarmış ki, üçüncü dünya müharibəsi haqqında nə düşünürsünüz? Cavab veribmiş ki, üçüncünü deyə bilmərəm, amma əminən ki, dördüncü dünya müharibəsində insanlar qılıncla, oxla vuruşacaqlar.
 
Bəlkə də indi, yeri gəldi-gəlmədi, jurnalistlər növbəti dünya müharibəsi haqqında danışmasaydılar, bu sözlər bir qədər başqa cür qəbul olunardı. Amma danışırlar, üstəlik, tək özləri də danışmır, diplomatları da bu suallarla yorurlar.
 
Diplomatları da bilirsiniz də! Onlara dil fikirlərini gizlətmək üçün verilib – hamısı elə danışır ki, sanki ölkələri dünyanın ən humanist və ən “başıaşağı” ölkəsidir.
 
Bəli, indi Rusiya ilə Qərb arasında, hətta Rusiya ilə Türkiyə arasında böyük gərginlik yaşanır – o, gah artır, gah azalır. Artanda narahatlıq keçiririk, azalanda isə bir az toxtayırıq və fikirləşirik ki, deyəsən, məsələlər çözüləcək.
 
Narahatlıq tək qlobal müharibə təhlükəsilə bağlı deyil. Dünyadakı böhran, neftin qiymətinin kəskin düşməsi də sırf geosiyasi fenomendir. Biz faktiki və hətta de-yure olaraq iki nəhəngin arasındakı ziddiyyətlərin fəsadlarını yaşamaqdayıq.
 
Kimdir günahkar? Kim geri çəkilsə, daha düzgün olar? Birmənalı şəkildə demək olmur. Ona görə ki, bir nəfər demişkən, siyasət nəcib qızlar klubu və yaxud da institutu deyil, heç kim də ”az aşın duzu”deyil, hamıda nəsə tapmaq mümkündür. Sadəcə, nisbət məsələsi var.
 
Ruslar özlərindən “Müharibə istəyirikmi” deyə, soruşmağı sevirlər, üstəlik, bunu bir mahnıya da çeviriblər, onu paqonlu müğənnilər oxuyur – bu, hamıya bəllidir.
 
Amma inanın, Ukrayna hadisələri başlamazdan, Krım hələ ilhaq olunmazdan əvvəl bəndəniz yazırdı ki, Rusiya müharibə üçün yerikləyir. Mən bunu abstrakt olaraq sezmirdim, rusiyalı siyasətçilərin davranışından, bəyanatlarından hiss edirdim.
 
İndi MDB–nin bir hissəsi hərbi teatra çevrilib. Bu, azmış kimi, Suriya məsələsi də bir tərəfdən. Bu haqda yazmağı sevmirəm, çünki hamının yazdığı məsələlərdən yazmaq mənim üçün həmişə məşəqqət olub.
 
Rusiya ilə Türkiyə arasında sözün əsl mənasında əsəb müharibəsi gedir. Rusların telekanallarına baxmaq olmur, adamın başı gicəllənir. Siyasətçilər bir tərəfə, keçmiş rahiblərin “peyğəmbərliy”indən danışırlar.
 
Guya ki, onlar hələ bir neçə yüz il bundan əvvəl xəbər veriblərmiş ki, üçüncü dünya müharibəsini Türkiyə başlayacaq, amma nəticəsi onun üçün yaxşı olmayacaq – Konstantinopol xristianlara, daha doğrusu, provaslavlara qaytarılacaq. Təsəvvür edirsinizmi? Bunlar Konstantinopol davası aparırlar!
 
Bəli, ruslar israr edir ki, Bəşər Əsədin taleyini suriyalılar həll etməlidirlər, hələ bu da azmış kimi, ona suriyalıların dəstəyindən danışırlar. Amma hansı dəstəkdən söz gedə bilər? Əsədin siyasəti sayəsində milyonlarla suriyalı qaçqın düşüb, yüz minlərlə insan həlak olub. Bu halda hansısa dəstəkdən danışmaq mümkündürmü?
 
Suriya əsl humanitar fəlakət yaşayır. Əslində, dünya siyasətçiləri Suriya üzrə də beynəlxalq tribunal yaratmaq haqqında düşünməldirdlər. Həmişə tək Əsədin adı çəkilir. Bu, mənə bir qədər başqa cür təsir edir. Əsəd tək deyil və onun hökuməti, nazirləri və komandası var. Onlar niyə cavab verməməlidirlər ki?
 
Əslində, onlar da cavab verməlidir – bir daha deyirik ki, milyonlarla insan qaçqın düşüb, yüz minlərlə adam həlak olub, ölkə, onun infrastrukturu tamam dağılıb, neçə ildir amansız vətəndaş müharibəsi gedir, bu adam öz vətəndaşlarının üzərinə tankları və təyyarələri göndərir. Ona görə də cavab verməlidir.
 
Rusiyanın davranışı, əslində, bizi təəccübləndirmir. Bu ölkə Yuqoslaviya məsələsində hansı mövqeni tutmuşdu? Səddam Hüseynə münasibəti necə idi? Digər məsələlərə necə baxırdı?
 
Hamısı yaddaşlardadır. Bəli, Rusiya coğrafi cəhətdən Suriyaya ABŞ-dan daha yaxındır – bunu qəbul edirik. Siyasi həqiqət baxımından isə sıravi suriyalıların mənafeyi və gözləntiləri baxımından yaxın deyil. Rusiya həmişə xalqları deyil, onları idarə edən siyasi marionetləri daha yaxşı “başa düşüb”!
 
Bir daha deyirik ki, digərlərini də mələk hesab etmirik. Amma təəssüf ki, siyasətdə bir çox hallarda yaxşı ilə pis arasında deyil, pis və ən pis arasında seçim etmək lazım gəlir. Təbii ki, Əfqanıstan da, İraq da yaddan çıxmayıb və belə hesab edirik ki, Qərb ölkələri sadalananlarla bağlı məsuliyyətini yetərincə dərk etmədi – vurdular, aşırdılar, sonra da xaraba qoyub getdilər.
 
Amma cəmiyyətlərdən də çox şey asılıdır. 1946–cı ildə Yaponiya da işğal olundu, onlara konstitusiya yazıb verdilər ki, belə yaşamalısınız. Yaşadılar və dirçəldilər! Gözəl dövlət, gözəl iqtisadiyyat qurdular! Əfqanlar, iraqlılar niyə belə ola bilmir? Bilmirəm.
 
Qlobal müharibəyə gəldikdə, demək lazımdır ki, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın total büdcəsindən azı iki dəfə artıqdır. Düşünmək olardı ki, bu, Rusiya siyasətçilərinə soyuq duş kimi təsir edəcək və bu adamları ayıldacaq. Amma yox, onlar ayılmaq istəmirlər – ölkə sürətlə kasıblaşır, hərbi xərclər artır, başlarını gicəlləndirən 200 milyard dollarlıq valyuta ehtiyatları kəskin şəkildə azalır, sanksiyalar sözünü deyir.
 
Bu günlərdə Medvedyevə qulaq asırdım. Bir tərəfdən deyir ki, Rusiya sanksiyalardan qorxmur, o biri tərəfdən isə qayıdır ki, təkcə Avropa ölkələrilə ticarətdən Rusiya ildə 400-450 milyard dollar qazanırdı, indi bu ədəd iki dəfə azlaıb!!!
 
Soruşmaq lazımdır ki, bu, sanksiyların təsiri deyilmi? Siz nə düşünürdünüz? İkicə il də gözləyin, görün, hələ nələr olacaq!
 
Bir strateji mərkəzin dünya siyasətinin perspektivilə bağlı hesabatı yayılmışdı – elə Rusiyanın özünün nəşrlərində. Yox, üçüncü dünya müharibəsi haqda bir kəlmə də yox idi. Amma Rusiya ilə bağlı elə bir ssenari cızılmışdı ki, adam bu perspektivi burada təkrarlamaq istəmir.
 
Dünya müharibəsindən söz düşəndə, həmişə A.Saxarovun bir baxışını bölüşdüyümüzü deyirik – indi bundan çəkindirən amillər var, ən əsası da nüvə silahıdır.
 
İkinci Dünya müharibəsindən sonra çoxlu lokal savaşlar olub, amma şükür ki, bunlar qlobal xarakter almayıb. Birinci Dünya müharibəsilə ikincisi arasında 23 il vaxt olmuşdu. İkinci Dünya müharibəsinin bitməsindən isə 70 il keçib.
 
Bu illər ərzində əsəblər çox gərilib. Hətta elə anlar olub ki (məşhur “Karib böhranı”nı yada salın!), hamı müharibənin artıq labüd olduğunu düşünüb. Gəl ki, bir təhər sovuşdurmaq mümkün olub.
 
İnanmazsınız, nüvə silahı Rusiyanın bir növ talismanına çevrilib – birinci soyuq savaş zamanı da, indi də adamları bu ölkədə nəzarətsiz qala biləcək və yaxud da Rusiyanın yerində yaranacaq kiçik dövlətlərin əlinə keçə biləcək nüvə silahları qorxudur.
 
Əgər “nüvə qalxanı”nı yaratmaq mümkün olsaydı, bəlkə onda dünya müharibəsi olardı. Fəqət hələ R.Reyqan buna cəhd edəndə məlum oldu ki, elə də asan məsələ deyil.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler