Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dollar zeifleyir

25 views10/11/2016

10:40

12:34 – xeber – Bugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir.
 
APA xəbər verir ki, treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub. Səbəb isə aydındır – Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.
 
Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası hətta 101,19 yenədək ucuzlaşıb. D. Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.
 
ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.
 
Ötən gün sentyabr ayının 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb.
 
Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler