Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dollar yene bahalasdi – Sunami heyecani

16 views22/11/2016

10:12

– xeber –
Bu gün dollar dünyanın əksər valyutalarına nisbətdə bahalaşmaqda davam edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin milli valyutasına nisbətdə dollar 0,12 faiz bahalaşıb. Artım yapon yenində də özünü göstərib və dollar 110,82 yendən 111,02 yenə qalxıb.
Avro isə 1,0629 dollardan 1,0618 dollara enib.
Dolların bahalaşması Donald Trampın prezident seçkisində qələbəsi ilə izah edilir. İnvestorlar Trampın iqtisadi siyasətinin büdcə xərclərini azaldacağını və inflyasiyanı aşağı salacağını düşünür.
“Röyter” yenin ucuzlaşma səbəblərindən biri kimi bu gün səhər saatlarında Yaponiyada baş verən 7,3 bal gücündəki güclü zəlzələni göstərib. Yaponiya rəsmiləri 3 metr hündürlüyündə sunami xəbərdarlığı edib.
İqtisadçılar isə zəlzələnin dolların güclənməsinə təsirini istisna ediblər. Onların fikrincə, dolları bahalaşdıran səbəb makroiqtisadi vəziyyətdir.
Qeyd edək ki, neftin bahalaşması səbəbindən Rusiyada dolların kursu 0,32 rubl ucuzlaşıb və hazırda 63,61 rubla satılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler