Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

DİN: İslam oyunlarina 12 min polis celb olunacaq

10 views21/04/2017

17:51


[r32]
– xeber –
Daxili işlər orqanlarından İslam oyunları ilə bağlı şəxsi heyətin sayı 12 min nəfər olacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov çıxış edib.
O. Kərimov bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, möhtərəm dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbatın müəyyən edilməsi, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrin planlı surətdə yerinə yetirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaqdır. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcəkdir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler