Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

DGK o qadinla bagli heqiqeti aciqladi

6 views29/11/2016

19:32

– xeber –
Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Sınıq Körpü" gömrük postunda çəkilən video yayımlanıb və kadrlarda baş verənlər gömrük əməkdaşının qadına qarşı kobud rəftarı kimi qələmə verilib.
Axar.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, video oktyabrın 21-də Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda lentə alınıb və kadrlarda kobud rəftara məruz qaldığı iddia olunan qadın Qazax rayon sakini, 57 yaşlı İsmayılova Sona Qayvalı qızıdır. Sona İsmayılova həmin gün "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında gömrük- keçid məntəqəsinin keçid qaydalarını, keçid məntəqəsinin iş rejimini kobud şəkildə pozaraq gömrük nəzarəti zonasından kənar ərazidən keçməyə cəhd göstərib və bununla da bir müddət piyadaların keçidini təmin etmək mümkün olmayıb. Gün ərzində dəfələrlə Gürcüstana səyahət edən, ölkə ərazisinə qanunsuz yolla siqaret və uşaq bezləri gətirməklə məşğul olan Sona İsmayılova həmin gündə öz ənənəsinə sadiq qalaraq qanunvericiliklə müəyyən edilən miqdardan artıq siqaret və uşaq bezlərini də gömrük sərhədindən keçirməyə çalışıb. Gömrükçülər tərəfindən ona qanunvericiliyin tələbləri dəfələrlə izah edilərək qanuna əməl etməsi tələb olunsa da S. İsmayılova gömrük əməkdaşlarının qanuni tələblərinə və göstərişlərinə məhəl qoymayıb, xidmətdə olan gömrük əməkdaşını ağır ifadələrlə təhqir edib, ona qarşı fiziki güc tətbiq etmək yolu ilə öz istəyini reallaşdırmağa çalışıb. Buna baxmayaraq gömrük əməkdaşları soyuqqanlılığını itirməyərək vətəndaşı ərazidən uzaqlaşdırıb, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin edib və bu barədə yerli polis orqanlarına da müraciət olunub.
Təəssüf doğuran hal odur ki, yayımlanan videoda qadının gömrük əməkdaşı tərəfindən qadağan olunan zonadan uzaqlaşdırılması anı öz əksini tapsa da, onun gömrük əməkdaşlarını təhqir edərək onlara qarşı fiziki güc tətbiq etmək cəhdinin əks olunduğu hissələr qeyd olunmayıb. Bu da videonun qərəzli şəkildə çəkildiyini və eyni məqsədlə yayımlandığını sübut edir.
Qeyd edək ki, S. İsmayılova dəfələrlə gömrük-keçid məntəqəsində bu tipli qanunsuzluqlara yol verib və hüquq mühafizə orqanları tərəfindən bir neçə dəfə inzibati qaydada tənbeh olunub.
Onu da xatırladaq ki, Gömrük Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
Eyni zamanda, Gömrük Məcəlləsinin 55.5 maddəsində qeyd olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Dövlət Gömrük Komitəsi media nümayəndələrinə və vətəndaşlara anoloji halların şahidi olduqda bu barədə ilk növbədə aidiyyati qurumlara məlumat verməyi və bu məlumatları qarşı tərəfin rəyi olmadan ictimailəşdirməməyi tövsiyə edir.
Təqdim etdiyimiz videolarda mütəmadi olaraq Gürcüstan Respublikasına gedib- gələn və əksəriyyətini qadınların təşkil etdiyi şəxslərin “Sınıq Körpü" gömrük keçid-məntəqəsində törətdiyi qanunazidd hərəkətləri aydın müşahidə etmək mümkündür.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler