Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Detalini itirmis teyyare okean uzerinden ucdu

23 views30/12/2015

16:02

30 Dekabr 2015 18:00 – xeber –
Olkem.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 30-da Yaponiyanın JAL (Japan Airlines) şirkətinə məxsus detalını itirmiş "Boeing 777" sərnişin təyyarəsi Narita aeroportunda qəza enişi edib.
Təyyarə ABŞ-ın Çikaqo şəhər aeroportundan havaya qalxaraq Tokionun Narita limanında eniş edib. Havaya qalxdıqdan sonra cihazlar şassilərdə problem olduğunu göstərib.
Çikaqo aeroportunun əməkdaşları təyyarə heyətinin sorğusuna əsasən uçuş-enmə zolağını araşdırarkən burada qopmuş detalı tapıblar. Bu detalın düşməsi təyyarənin hərəkətinə mane olmadığına görə o Yaponiyaya doğru uçuşunu davam etdirib.
İlkin ehtimala görə, təyyarə Çikaqo aeroportundan qalxarkən buz yığınına toxunub. Təyyarənin enişi zamanı sərnişinlərdən və heyət üzvlərindən heç biri zərər çəkməyib.

mənbə : milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler