Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Deputatimiz AVRONEST-in iclasinda istirak edecek

9 views29/11/2016

18:16

– xeber –
Milli Məclisin deputatı Muxtar Babayev AVRONEST PA-nın komitə iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
MM-dən Axar.az-a verilən məlumata görə, qurumun Enerji təhlükəsizliyi komitəsində iqlim dəyişikliklərinə dair 2015-ci il Paris razılaşmasının tətbiqi, bununla bağlı "Şərq tərəfdaşlığı" ölkələri ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə hesabat və təşkilati məsələlərə baxılacaq.
İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsinin yığıncağında Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrində gənclərin məşğulluq problemi, Avropa İttifaqının maliyyə perspektivləri, bunun "Şərq tərəfdaşlığı" ölkələri ilə iqtisadi əməkdaşlığa təsiri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcək.
Səfər dekabrın 3-də başa çatacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler