Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Deputatdan daha bir Qarabag tesebbusu

13 views22/11/2016

13:12

– xeber –
Türkiyənin tarixi İhlara bölgəsində Qarabağ parkı açılacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva İhlara bələdiyyə başqanı İsmail Yılmaz ilə görüşüblər.
Q.Paşayevanın qədim İhlaranın mərkəzində Qarabağ Parkının salınması təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı bunun yaxın zamanlarda reallaşacağını bildirib.
Millət vəkili ölkəmizin tarixi, mədəniyyəti, Xocalı soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.
İsmail Yılmaz Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.
O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını da vurğulayıb.
Görüşdən sonra İhlara bölgəsində salınmağa başlanan yeni parkla tanışlıq olub və Q.Paşayevanın parka Qarabağ adının verilməsi təklifi qəbul olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler