Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Deputat: Ereb turistler qadinlarimiza soz atirsa…

13 views12/08/2017

20:17


[r32]
– xeber –
Milli Məclisin deputatı Adil Əliyev son günlər cəmiyyətdə ərəb turistlərlə bağlı səsləndirilən narazılıqlara Feysbuk səhifəsində münasibət bildirib.
Axar.az həmin statusu təqdim edir:
“Dostlar neçə müddətdir, məni narahat edən bir məsələni sizlərlə bölüşmək istəyirəm. Son günlər Azərbaycana gəlmiş ərəb turistlərlə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır. Xüsusilə də onların Bakının "Nizami" küçəsində – "Torqovı" adlanan məkanında guya özlərini apara bilməmələri, kimlərəsə söz atmaları və s. ciddi polemikaya səbəb olub. Əlbəttə ki, hər bir şəxsin, o cümlədən, xarici vətəndaşların, turistlərin olduqları ölkənin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşması olduqca vacibdir. Amma burada bir məqamı diqqətə çatdırmaq istəyirəm. Ərəblər dünyanın, demək olar ki, bütün ölkələrində, həmçinin inkişaf etmiş Avropa ölkələrində mövcuddurlar. Onlar turist kimi səfər etdikləri ölkələrin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, orada böyük vəsait xərcləyirlər, dövlət büdcəsinə, iqtisadiyyata müəyyən qatqıları olur. Necə olur ki, inkişaf etmiş ölkələrdə ərəb turistlərdən narazılıq edilmir, "qadınlarımıza söz atdılar, sataşdılar" kimi giley-güzarlar eşidilmir, amma Azərbaycanda müəyyən şəxslər ərəblərə qarşı fəal kampaniya aparırlar? Onlar qarşılarına çıxan hər qadına söz atırlarmı? Kimsə ərəblərdən polisə şikayət edibmi? Əgər bu suallara cavab yoxdursa, deməli, problemi ərəblərdə deyil, özümüzdə axtarmaq lazımdır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler