Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Deputat: “Eger İraq mudaxile etmese…”

13 views22/11/2016

15:44

– xeber –
Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraq Türkman Cəbhəsinin sözçüsü, Kərkük Əyalət Məclisi üzvü Əli Mehdi ilə görüşüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüşdə İraq türkmanlarının Kərkük və Telafərdə yaşadığı problemlərdən danışılıb.
Son günlər İŞİD-in İraqda türkmanlara qarşı həyata keçirdiyi insanlıq dramından narahatlığını ifadə edən millət vəkili bildirib ki, İraq mərkəzi hakimiyyət orqanları hər bir İraq vətəndaşı kimi, türkmanların da haqq və hüquqlarını müdafiə etməyə borcludur.
“Beynəlxalq güclər, İraqa qonşu ölkələr, eləcə də türk dünyası mənəvi məsuliyyət daşıyır. Ümid edirik ki, daha böyük faciələr yaşanmadan bölgədə vəziyyət nəzarət altına alınacaq. İraq türkmanlarının son 60 ildə yaşadığı acıların artması və onları evlərindən didərgin salan səbəbləri türk dünyası yaxşı bilməli və dəstək olmalıdır. Hər zaman qardaşlarımızın yanındayıq və bütün türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq”.
Azərbaycanın hər zaman İraq türkmanlarına böyük diqqət göstərdiyini deyən Əli Mehdi humanitar istiqamətdə layihələrin artırılması ilə bağlı təkliflər verib.
Görüş zamanı layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Q.Paşayeva bundan sonra da bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmanlarının vəziyyətini diqqətə çatdırmağa çalşacağını bildirib.
Millət vəkili rəhbərlik etdiyi təşkilatın İraq Türkman təşkilatları ilə ortaq layihələrinin artacağını da vurğulayıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler