Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Demir yolunda isiqlar kesildi, qatarlar yolda qaldi

13 views23/11/2016

07:36

– xeber –
“Azərbaycan Dəmir Yolları”nda problem yaranıb.
Musavat.com xəbər verir ki, səhər saat 7 radələrində dəmir yolu xəttində elektrik enerjisi kəsilib, bir neçə qatar yolda qalıb.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqləyib.
Onun sözlərinə görə, saat 7.10-da elektrik enerjisinin verilməsində fasilə yaranıb. Nəticədə Balakən-Bakı, Tiflis-Bakı sərnişin qatarları, eləcə də, Bakı-Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb. Fasilə yarım saat davam edib. Nadir Əzməmmədov əlavə edib ki, artıq problem aradan qaldırılıb, qatarlar ləngimə ilə olsa da, hərəkətini davam etdirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler