Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dehsetli qezada olen sexsin kimliyi bilindi – Yenilendi

23 views06/11/2016

17:36

19:25 – xeber – 15:57
 
Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.
 
Report məlumat verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis şöbəsinin əməkdaşları gəlib.
 
İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.
 
***
 
Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, körpünün üzərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.
 
APA-nın verdiyi məlumata görə, qəza zamanı ölən şəxsin 1979-cu il təvəllüdlü Sultanov Nazim Nizam oğlu olduğu müəyyənləşib.
 
Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisədən sonra qəza yerindən qaçan sürücünü də tapmaq mümkün olub.  Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Qasımov Fərid Aslan oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hadisəni “DAF” markalı 90 OK 524 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi  aşkarlanıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən digər qəzada yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler