Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Dehsetli qetlin ustu acildi:

5 views07/12/2017

08:51


[r32]
– xeber –
09:31
Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.
Report-un xəbərinə görə, Salyan şəhərinin Tale Davudzadə küçəsində 3 il əvvəl itkin düşmüş Mehparə Nadir qızı Əliyevanın və 4 qızının yaşadığı evin həyətində meyiti aşkarlanıb.
İlkin məlumata görə, onların M.Əliyevanın əri Fərhad Əliyev tərəfindən öldürüldüyü ehtimal olunur.
***
Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Daxili İşlər və Baş Prokurorluğun mətbuat xidmətlərindən Axar.az-a verilən məlumata görə, dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler