Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Daha bir guc strukturundan sok emeliyyat – Gencede

10 views25/11/2016

12:48

– xeber –
Qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların aşkar edilməsi məqsədilə Gəncə şəhərində əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xaçmaz rayonunun Düztahiroba kəndində keçirdiyi əməliyyat zamanı terrorçuluqda şübhəli bilinən Rəhimov Ramiq Nazir oğlu öldürülmüşdü.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler