Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Cozef Dunfordun Turkiye seferinin – Perdearxasi

13 views07/11/2016

15:16

17:12 – xeber – ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunford həmkarı Hulusi Akarla görüşdə Rakka əməliyyatları barədə fikir mübadiləsi aparıb.
 
Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, amerikalı general Rakkanın işğal məqsədilə yox, İŞİD-dən təmizlənməsi üçün hərəkətə keçdiklərini deyib.
 
Görüşdə Dunford YPG-yə yaxın Suriya Demokratik Qüvvələrinin şəhərə girməyəcəyi barədə Türkiyəyə zəmanət verib. Digər tərəfdən o, Azad Suriya Ordusnun (ASO) Rakka əməliyyatlarda iştirakını istisna edib. Buna səbəb kimi isə müxalif qüvvələrin həddindən artıq az olması göstərilib.
 
ABŞ generalı Türkiyəyə birgə hərbi əməliyyatlar təklif edib. Bu məqsədlə yaxın günlərdə Pentaqondan nümayəndə heyətinin Ankaraya səfəri gözlənilir. Görüş zamanı Suriyada başlanacaq hərbi əməliyyatların planı tərtib olunacaq.
 
Suriyada vahid müxalif ordu yaratmaq planı da masa üzərinə gəlib.
 
Qeyd edək ki, Dunfordla Akarın görüşü Nazirlər Kabinetinin toplantısında müzakirə edilib. Yaxın günlərdə baş tutacaq təhlükəsizlik toplantısında isə Prezident Rəcəb Tayyib Ərdoğana görüş barədə ətraflı məlumat veriləcək.
 
Türkiyənin bundan sonrakı mərhələdə hansı addımları atacağı yaxın vaxtlarda bəlli olacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler