Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Çinde qeyri-adi seher salinir: 1 milyon cicek…

2 views13/02/2018

00:34


[r32]
– xeber –
Dünya şöhrətli italyan memar Stefano Boeri "The Liuzhou Forest City" adlı yeni layihəsini təqdim edib.
Kult.az Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə Quanqxi Zuanq Muxtar Vilayətində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühitin, təbiətin mühafizəsi, hava kirliliyinin qarşısının alınmasıdır. "The Liuzhou Forest City"də 40 min ağac, 1 milyon çiçək əkiləcək, nəticədə bitkilər il ərzində 57 ton karbonu udub, 900 ton oksigen ifraz edəcəklər. Memar bildirir ki, şəhərin inşası və bitkilərin əkilməsi ilə təkcə havadakı karbondioksid miqdarı azalmayacaq, həmçinin tikililərin iç və çölündə 3 dərəcə temperatur fərqi olacaq, yayda isə bu fərq 30 dərəcəyə qədər qalxacaq.
Şəhərin 175 hektarı Liujianq çayından keçir və ərazi 30 min nəfərin yaşaması üçün nəzərdə tutulub. İnsanlarla birlikdə bitki aləminin zənginliyi, meşələrin mövcudluğu buranı heyvanlar üçün də əlverişli yerə çevirəcək. Şəhərdə xəstəxana, iş mərkəzi, günəş panelləri, isitmə sistemi və s. lazımi obyektlər inşa ediləcək.
1956-cı ildə doğulan Stefano Boeri oxşar layihəsini Çinin hava şəraitinin həddindən artıq pis olduğu "Shijiazhuang", "Liuzhou", "Guizhou", "Shanghai" və "Chongqing" şəhərlərində də reallaşdırmaq istəyir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler