Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Çin de destekledi: Turkiye “Şanxaya” gedir

16 views21/11/2016

13:48

– xeber –
Çin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyinə münasibət bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq Türkiyəni təşkilatda görmək istədiklərini bildirib:
“Türkiyə Avrasiya məkanında çox önəmli bir ölkədir və ŞƏT ilə əməkdaşlıq arzusuna böyük önəm veririk. Pekin üzv ölkələrlə təşkilatın hüquqi statusunu müzakirə etməyə hazırdır”.
Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan AB ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib:
"Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.
Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin "bunu müzakirə edirik”, – dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler