Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ceyhun: "Afaq dozmeyib, etirazini bildirib"

28 views19/02/2016

07:39

19 Fevral 2016 09:36 – xeber –
"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev teleaparıcı Afaq Gəncəliyə olan sevgisindən danışıb. Balaca Məhəmməd üçün keçirilən xeyriyyə tədbirində Afaq Gəncəlinin təqdimatı ilə səhnəyə çıxan Ceyhun teleaparıcıya gözəl sözlər ithaf edib. 
Olkem.az gecce.az-a istinadən xəbər verir ki, açıqlama verən Ceyhun bu tərifləri boş yerə yağdırmadığını dilə gətirib:
"Afaq teleaparıcılar arasında seçilir. Həm sadəliyi, həm peşəkarlığı, mədəniyyəti onu insanlara sevdirib. Hər kəs sevir Afaqı. Yaradıcılığımla bağlı Afaq Gəncəlidən müəyyən fikirlər də alıram, onunla məsləhətləşirəm. Elə mahnım olub ki, Afaq dözməyib, etirazını bildirib ki, "Ceyhun, bu mahnı sənlik deyil. Başqa mahnı oxu. Biz səndən başqa mahnı gözləyirik". O insanın qəlbimdə yeri var. Ən maraqlısı isə budur ki, heç kimin dalınca danışmır. Belə aparıcılarımız azdır. Onun kiminsə arxasınca danışdığını eşitməmişəm. Heç kimlə intriqaya girmir. Bizim oxşar cəhətlərimiz budur ki, hər ikimiz də zəhmətkeşik. Mən onu sevirəm və dəstəkləyirəm".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler