Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Cem Yilmaz hebsden qurtuldu

8 views24/11/2016

11:32

– xeber –
Türkiyəli məşhur yumorist Cem Yılmaz məhkəmədə bəraət alıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Yalova şəhərinin keçmiş valisi Səlim Cəbiroğlunun başlatdığı məhkəmə prosesi yekunlaşıb. Hakim 2 il həbs istəyi ilə ittiham olunan Cem Yılmazın günahsız olduğuna, Cəbiroğlunu təhqir etmədiyinə qərar verib.
Qeyd edək ki, Səlim Cəbiroğlu bir məktəbdə olarkən qarşılaşdığı müəllim Xəlil Sərkan Özə “Sən necə müəllimsən, bu saç-saqqal nədir? Küçədə görsələr, dilənçi zənn edib pul verələr sənə”, – deyə, təhqir edib. Bu hadisədən 1 həftə sonra Xəlil müəllim infarkt keçirərək vəfat edib. Cem Yılmaz Tvitterdə Xəlil müəllimin fotosunu paylaşaraq, “Vəzifə ilə adam əzmək, qəlbini o dərəcədə qırmaq… Daha böyük vəzifələrə gələsən, ay vali”, – yazıb. Bundan sonra Səlim Cəbiroğlunun işinə son verilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler