Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Cebis muellimin sevgi macerasi… – Qizi danisdi

24 views21/11/2016

15:48

– xeber –
Atam bir dəfə evlənib ayrılmışdı, bir qızı var idi. Ona görə də anamın atası, yəni babam qəti şəkildə valideynlərimin ailə qurmasına razı olmayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Süleyman Ələsgərovun qızı Sevil Əhədova “Bir sevgi tarixçəsi” verilişində danışarkən deyib. O, valideynlərinin sevgi tarixçəsindən bəhs edib:
“Yaxın ailələrdən biri elçi gəlir, babam anamı onlara verir. Anam evdə aclıq aksiyasına başlayır, üç gün yemək yemir. Bir gün otağında ağlayırmış, nənəm yanına gəlib. Anam ona atamı sevdiyini, ondan başqa heç kimlə evlənməyəcəyini deyib. Nənəm isə onlara kömək edəcəyinə söz verib. Nənəm anamı uzaq qohumlardan birinin evinə yollayıb, babama deyib ki, Süleyman qızı qaçırdıb, gəl daşı tök ətəyindən, nə qədər ki, heç kim qızın qaçdığını bilmir, qoy Süleymanın elçiləri gəlsin”. Babam çox əsəbiləşsə də, məcbur olub, “siz qazandınız, qoy elçilər gəlsin”, – deyib. Beləcə, atamla anam ailə qurub. Babam sonradan atamı çox istəyirdi, həmişə deyirdi ki, Süleyman mənə kürəkən yox, oğul oldu”.
Qeyd edək ki, görkəmli aktyorumuz Süleyman Ələsgərov daha çox “Bizim Cəbiş müəllim” filmində canlandırdığı Cəbiş müəllim rolu ilə məşhurdur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler