Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Cavid: "ATV-ye qayitdim, cunki…" (FOTO)

12 views24/11/2016

17:32

24 Noyabr 2016 19:25 – xeber –
Aparıcı Cavid Gül tədbirlərin birində fotokamera qarşısına keçib. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, aparıcı yeni verilişi "Duet" haqqında danışıb:
"Artıq anonsumuz yayımlanıb. Verilişdə reklam çarxından gördüyündən də çox tanınmış olacaq. ATV-nin öz layihəsidir. Yaxın günlərdə efirə verməyi düşünmürük. Çünki hazırlıqlar uzun vaxt tələb edəcək. Çox böyük layihədir, ciddi hazırlaşırıq".
"Xəzər" telekanalı ilə yollarını ayıran Cavid Gül bu məsləyə aydınlıq gətirib:
"ATV doğma kanalımdır. Ötən il orada boşluq oldu. Həmin ərəfədə "Xəzər"dən təklif aldım. Rəhbərliklə danışıb, onlardan bir mövsümlük icazə aldım. Mövsüm başa çatanda isə ATV-yə qayıtdım".
Özünü aktyor kimi sınayan aparıcı "Kişi sözü" serialından bəhs edib:
"Özümü peşəkar aktyor hesab etmirəm, həvəskaram. Tərəf müqabillərim peşəkarlar olduğu üçün bir az çətinlik çəkirəm".
Son günlər əlindəki təsbehlə diqqət çəkən aparıcı onu müğənni dostu Yaşar Yusubun hədiyyə etdiyini deyib:
"Heç vaxt təsbeh fırlatmamışam. Son bir aydır əlimdə gəzdirirəm. O da Yaşarın hədiyyəsi olduğu üçün. Hətta bir ara sınmışdı, yenidən düzəltdirdim". 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler