Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Cavansir Memmedovun qizi meshur turk aktyora ere getdi

23 views21/11/2016

14:00

21 Noyabr 2016 15:57 – xeber –
Türk aktyor Arif Selçuk əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.
Olkem.az baku.ws-ə istinadən xəbər verir ki, Antalyada nikah salonunda xoşbəxtliklərinə imza atan cütlük sadə bir mərasimlə ailə qurub. Qohum və sevənlərinin iştirak etdiyi nikah mərasimindən sonra cütlük sevənləri ilə bir araya gəlib.
Hataya azərbaycanlı gəlin gətirən Arif Selçuk "İki dövlət, bir millət" prinsipini müdafiə etdiyini ifadə edib:
"Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizə çox bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun kürəkəni olmaqdan son dərəcə qürur duydum. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeni çox sevdilər". 
Arif Selçuk aktyorluğa 2007-ci ildə "Asi" serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kino filmlərdə rol alıb. 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler