Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Butun Turkiye Ataturku bele andi – Foto

11 views10/11/2016

10:28

12:23 – xeber – Bu gün Mustafa Kamal Atatürkün ölümünün 78-ci ili tamam oldu.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, artıq səhər saatlarından etibarən paytaxt Ankarada Anıtqəbirə və İstanbuldakı Dolmabaxça sarayına insan axını başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün hökumət liderləri Atatürkün məzarını ziyarət edərək, buraya çələng qoyublar. Üstəlik, Türkiyə vaxtı ilə 9:05-də bütün ölkədə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci ildə dünyaya gəlib. Osmanlı İmperiyasının ordusunda az qala Makedoniyadan tutmuş Suriyaya qədər hər yerdə xidmət keçib. Atatürk məşhur Çanaqqala zəfərinin əsas müəlliflərindən biri olub. Məhz onun sayəsində parçalanan Osmanlı, məhv olan Türkiyə yenidən dirçələrək ayaq üstə qalmağı bacarıb. Bütün dünyaya dirənərək 1919-cu ilə başlatdığı Qurtuluş savaşına, tezliklə, ölkənin hər yerindən dəstək gəlir. Osmanlı üçün tarixinin ən biabırçı anlaşması Sevr müqaviləsi məhz bu savaşın sonunda imzalanan Lozanna müqaviləsi tarixin arxivinə qovuşur. 1923-cü ildə bu müqavilənin imzalanmasından sonra Türkiyə Cümhuriyyəti elan edilir. Məhz Atatürkün sayəsində müasir dünyadan kənarda qalan türk toplumu yenidən inkişafa qədəm qoyur. Mustafa Kamala məhz bu xidmətlərinə görə 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürk ləqəbi verilir.
 
Atatürk 1938-ci il noyabrın 10-da dünyasını dəyişir. O, dünyada 100 ən çox araşdırılan şəxs sırasında yer alır. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler