Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Burcanadze: “Saakasvili meni mehv etmek isteyirdi”

33 views19/02/2016

21:24

23:19 – xeber – Qərb öz maraq dairəsinə daxil olan məsələlərdə Rusiya ilə yaxşı əməkdaşlıq edir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında eks-spiker Nino Burcanadze söyləyib. Onun sözlərinə görə, Gürcüstan və Ukrayna problemləri Qərbə Rusiya ilə münasibətlərdə maneə yaratmır:
 
“Saakaşvili rusiyayönlü damğası ilə məni məhv etmək istəyirdi. Amma nəticədə özü özünə zərbə vurdu. Ona görə ki, Gürcüstan əhalisinin böyük bir hissəsi Rusiya ilə münasibətlərin düzəlməsini istəyir. Onlar bilirlər ki, bizim belə bir imkanımız var. Mən, ümumiyyətlə, qərbyönlü, rusiyayönlü kursun nə olduğunu bilmirəm. Məncə, Rusiyanın müasir dünya siyasətinə necə böyük təsir göstərdiyini görməyən insan ya axmaqdır, ya da ki qəsdən Gürcüstanın maraqlarının əleyhinə çıxış edir. Yalnız axmaqlar fikirləşə bilərdi ki, Gürcüstana görə Qərb Rusiya ilə qarşıdurmaya girəcək. Biz 2008-ci ildə nələrin olduğunu yaxşı gördük”.
 
Qeyd edək ki, Nino Burcanadze bir müddət öncə Moskvaya səfəri zamanı Krımın Rusiya ərazisi olduğunu və Moskvanın siyasətini müdafiə etdiyini söyləyib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler