Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu siqaret yaribayari ucuzlasdi

35 views11/03/2016

15:48

17:43 – xeber – Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

Report-un xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan "Report"a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" – 1,40 AZN

"ClassicKingSize" – 1,60 AZN

"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN

"WestCompact" – 2 AZN

"P&S" – 2 AZN

"Davidoff" – 3 AZN.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler