Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu senede esasen, biz Bakidan… – Kaladze

10 views26/11/2016

22:44

– xeber –
Gürcüstan təbii qazın böyük hissəsini Azərbaycandan alır. Azərbaycan bizim əsas qaz ixracatçımızdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın energetika nazirinin vəzifələrini icra edən Kaxa Kaladze parlamentdəki çıxışı zamanı deyib.
Deputatların Gürcüstanın enerji təminatı, xüsusən də təbii qazla təminatı barədə suallarını cavablandıran K.Kaladze deyib: “Biz bu ilin fevral ayında təbii qazın alınması ilə əlaqədar Azərbaycanla çox mühüm sənəd imzalamışıq. Bu sənədə əsasən, biz Azərbaycandan kifayət qədər “mavi yanacaq” alırıq”.
Təbii qazın alınması ilə bağlı digər dövlətlərin müvafiq strukturları ilə aparılan danışıqlara münasibət bildirən K.Kaladze deyib ki, bu danışıqlar Gürcüstanın milli maraqları naminə həyata keçirilir və ölkənin maraqları üstün tutulur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler