Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu, Roya ile aramda sirr qalacaq… – Rehim

12 views07/11/2016

16:12

18:03 – xeber – Röya xanımla dostluğum illərdir davam edir, biz on konsert vermişik. Nədənsə mənim Aygün Kazımova ilə səhnə bölüşməyim bəzi təşkilatçıları və sponsorları qıcıqlandırdı. Həm də onlar bizi qalmaqala çəkmək istədi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli “Şou məkan” verilişində şou-biznes nümayəndələri ilə arasında olan qalmaqallar haqda danışarkən deyib.
 
O, hər kəslə dost olduğunu bildirib:
 
“Röya xanımın konserti oldu, həmin ərəfədə Aygün xanımın da konserti var idi. Aygün xanımın konsertinə gedə bilmədim, səhəri gün Röya xanımın konsertinə getdim. Bundan sonra dedilər ki, “niyə Rəhim “Diva”nın konsertinə getmədi, ancaq Röyanın konsertinə qatıldı?” Sadəcə olaraq, mən saat fərqinə görə Aygün xanımın konsertinə gəlib çata bilmədim”.
 
Rəhim Röyanı əməkdar artist adı alarkən niyə təbrik etməməsindən danışarkən, bunun öz aralarında kiçik bir sirr olduğunu deyib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler