Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu olkeler boyuk zererlere meruz qalib – Azay Quliyev

4 views30/11/2016

17:24

– xeber –
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 48-ci sessiyasında iştirak edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu gün ATƏT Parlament Assambleyası adından QDİƏT Parlament Assambleyasında çıxış edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti hazırda dünyada təhlükəsiziklə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, regionun bütün vətəndaşları üçün sülh və firavanlığın təmin olunması istiqamətində ATƏT Parlament Assambleyası ilə QDİƏT PA-nın birgə əməkdaşlığına əvvəlki dövrlərdən daha çox ehtiyac duyulduğunu deyib: “Biz hər tərəfdən problemlərin meydana gəldiyi çətin bir zamanda yaşayırıq. Həll olunmamış münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, müəyyən ölkələrdə mövcud olan humanitar fəlakət, din haqqında yayılan yanlış təsəvvürlər, sülh və təhlükəsizlik üçün bir çox digər maneələr həssas və kövrək dünyamızda mövcudluğunu davam etdirir. Bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır və çoxtərəfli, kompleksli və strateji cavab tələb edir, bu səbəbdən birlikdə əməkdaşlıq etməyimiz olduqca vacibdir”.
Azay Quliyev mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolunu vurğulayaraq təmsil etdiyi təşkilatla QDİƏT PA arasında əməkdaşlığın 5 mühüm məsələni diqqət mərkəzində saxlamasının zəruri olduğunu bildirib:
“İlk sırada təhlükəsizlik məsələləri dayanır. Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. İnsan hüquqları və hüququn aliliyi standartlarına uyğun olaraq biz hər hansı bir gecikmə olmadan terrorizmə qarşı mübarizə aparmalı və hüquqlarımızı və həyatımızı müdafiə etməliyik. ATƏT PA hökumətləri terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı addımlar atmağa çağırır”.
Millət vəkili çıxışında digər məsələ kimi ölkələrin qaçqın və miqrant probleminin həllində uğur qazana bilmədiyini qeyd edib:
“Bu problemin həll yolunu tapmaq getdikcə daha da çətinləşir. Parlamentarilər olaraq, təşkilatlarımızın və yerli parlamentlərimizin tam gücündən istifadə edərək, miqrant problemini gündəlikdə ön plana çəkməliyik. ATƏT PA bu böhranın həllinə böyük önəm verir. Ötən fevral ayında təsis olunan ATƏT PA-nın Miqrasiya məsələləri üzrə “Ad hoc” Komitəsi Parlament Assambleyasının bu mövzuda işini koordinasiya edir və biz artıq ATƏT-in üzv dövlətlərinə miqrant probleminin həllinə dair təkliflərimizi göndərmişik”.
ATƏT PA-nın vitse-prezidenti həll olunmamış və uzadılmış münaqişələrin Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdid olduğunu bildirib: “Hər birinizin bildiyi kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalmışdır. Faciəli və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv etmişdir. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud deyil, lakin düşünürəm ki, Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti var”.
Azay Quliyev 2015-ci ildə Helsinkidə ATƏT PA-nın qəbul etdiyi “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamənin mühüm əhəmiyyətini vurğulayaraq adıçəkilən sənəddə ATƏT PA-nın münaqişələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı ilə bağlı prinsiplər əsasında həllinə çağırdığını bildirib.
Azay Quliyev digər vacib məsələ olan parlament diplomatiyasının vasitəsi ilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həll yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.
Azay Quliyev ATƏT PA, AŞPA və ATƏT DTİHB və digər əsas tərəfdaşların seçkiləri izləmək üçün Seçki Müşahidə Missiyası kimi mühüm təcrübədən istifadə etdiyini deyib: “Bu çərçivənin köməkliyi ilə, biz tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək seçkilərin müşahidə prosesinin effektivliyini artırılmasına çalışırıq. ATƏT PA seçkiləri müşahidə mövzusunda önəmli təcrübəyə malikdir və bu sahədə əməkdaşlığa məmnuniyyətlə hazırdır. ATƏT PA QDİƏT PA-da olan həmkarla əməkdaşlığı davam etdirməkdən məmnunluq duyur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler