Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu olkeden SSRİ ile bagli – Sert qerar

11 views17/07/2017

17:00


[r32]
– xeber –
Bu gün Polşa Prezidenti Anjey Duda bina və obyektlərin adlarında kommunizmin, yaxud digər totalitar rejimin təbliğinin qadağan olunması haqqında qanuna düzəlişləri təsdiqləyib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Polşa Prezidentinin saytında yerləşdirilmiş məlumata görə, yenilənən qanun sovet dövrü abidələrinin, o cümlədən Qırmızı ordunun şərəfinə qoyulmuş memorialların sökülməsini də nəzərdə tutur. Xatırladaq ki, Polşa Seymi düzəlişləri iyunun 22-də qəbul edib.
Bu sıraya qəbiristanlıqlarda və başqa dəfn məkanlarında yerləşən, incəsənət əsəri qismində elmi məqsədlər üçün nümayiş olunan, həmçinin memarlıq abidələri reyestrinə daxil edilən memoriallar aid olunmur. Polşa qanunvericiləri bu sıraya aid olmayan abidə və memorialların düzəlişlər qüvvəyə mindikdən sonrakı 12 ay ərzində sökülməsini təklif edirlər.
Ekspertlər ölkə ərazisində azı 469 bu cür obyekt olduğunu hesablayıblar. Onların 250-yə yaxını Qırmızı orduya həsr edilib. Bu və digər memorialın düzəlişlərdə göstərilən parametrlərə uyğun gəlib-gəlmədiyinə dair qərarı Polşanın Milli Yaddaş İnstitutu çıxaracaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler