Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu neheng dovlet qurumlari ozellesdirilerse… – Şerh

6 views15/11/2017

06:34


[r32]
– xeber –
Azərişıq ASC və Azəristiliktəchizat ASC gələcəkdə özəlləşdirilməsi nəzərdə tutulur. 2016-cı ildə imzalanan strateji yol xəritələrində dövlət müəssisələrinin özəlləşdirilməsi əsas məqamlardan biri kimi vurğulanır. Bu müəssisələrin sağlamlaşdırılmasına və özəlləşdirilməyə hazırlanmasına müəyyən ehtiyac var. Bu müəssisələrin hər biri iri dövlət vəsaitlərinin qəbul edilməsi prosesinin birbaşa iştirakçısıdırlar.
Bu sözləri Axar.az-a Azərişıq ASC və Azəristiliktəchizat ASC-nin özəlləşdirilməsi təklifini şərh edən iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, adətən bu müəssisələrin dövlətdən asılı olması səmərəli olmur:
“Eyni zamanda, nəzərə alsaq ki, kənar ictimai nəzarətin təşkili və uğurun əldə edilməsi ehtimalı çox aşağıdır. Bu baxımdan da düşünürəm ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilk növbədə vəsaitlərin səmərəli idarə edilməsinə gətirib çıxarır. İkincisi isə dövlət büdcəsindən hər il bu istiqamətdə nəzərdə tutulan subsidiyaların, əlavə xərclərin azalmasına gətirib çıxaracaq. Çünki bu müəssisələr əksər hallarda dövlət üzərində böyük yük formalaşdırırlar. Və onlar davamlı olaraq büdcədən müəyyən subsidiyalar alırlar”.
İqtisadçı onu da bildirib ki, bu qurumların özəlləşdirilməsi xidmət kefiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq:
“Bu qurumların xidmət səviyyələri çox aşağıdır və məsuliyyətli deyillər. Faktiki olaraq komunal xidmətlərin icrasını həyata keçirən müəssisələr onların fəaliyyəti nəticəsində vətəndaşa dəyən zərərin aradan qaldırılması istiqamətində heç bir tədbir görmür. Bu müəssisələrin özəlləşdirilməsi belə halların qarşısının alınmasına səbəb olacaq. Ümumiyyətlə, yalnız “Azərişıq” və “Azəristiliktəchizat” deyil, digər dövlət müəssisələrinin də özəlləşdirilməsi mümkündür. Hazırda yeni yanaşmaya ehtiyac var. Bu yanaşmada da müasir idarəetmədə özəl sektorun artırılması, ictimai vəsaitlərin səmərəliyinin artırılması kimi əsas prinsiplər üstün tutulur”.
Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsini təklif edib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler