Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu, mene yarasmaz… – Yasar Nurinin xanimi

17 views22/11/2016

15:52

– xeber –
Yaşarın ailə üzvləri olaraq qəbrini ziyarət etdik.
Bu sözləri mərhum xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım Nuriyeva mərhumun anım günündə sənət dostlarının niyə ziyarətə gəlməməsi haqda Axar.az-a danışarkən deyib. O, Yaşar Nurinin yubileyində hər kəsin iştirak etdiyini xatırladıb:
“Biz tezdən getmişdik, saat 11-12 arası, sənət dostları da yəqin ki, indilərdə gedər. Sentyabrda ad günündə məzarını ziyarətə bütün dostları ilə birlikdə getdik. Noyabrın 15-də Akademik Milli Dram Teatrında yubileyi təşkil edildi, hamı orada idi, yəqin, dostları yenə gedər. Bilirsiniz, zəng edib “biz Yaşarın məzarını ziyarət etməyə gedirik, gəlin”, – demək mənə yaraşmaz”.
Qeyd edək ki, xalq artisti Yaşar Nuri 2012-ci il noyabrın 22-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler