Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu hesret uzecek bizi

10 views04/11/2016

23:40

01:36 – xeber – Payız gəldi, çoxdan uçubdu quşlar  
 
Emin Sabitoğlunun “Payız gəldi” (“Payız gəldi, uçdu getdi quşlar”) mahnısını gənclik illərindən çox sevirəm. Özü də Xədicə Abbasovanın ifasında. İmkan düşdükcə dinləyirəm. Amma bu mahnı indi məndə tamam başqa bir ovqat yaradır. Elə bilirəm mahnıdakı sözlər dəyişib: “Payız gəldi, çoxdan uçubdu quşlar” kimi oxunur …
 
İlk avtomat, ilk top səsindən diksinən quşlar qanadlarını geniş, çox geniş açıb bacardıqları qədər uzaqlara uçub getdilər. Qorxdular barıt qoxusunda boğulmaqdan. Ocağının istiliyini uzaqlarda tapa bilməyən adamlar təki quşların da bəziləri yaxınlıqda özlərinə müvəqqəti yuva qurdular. Ara sakitləşən kimi güllədən yayınmaq üçün lap hündürdən uçaraq sərhədi keçib öz yurduna, dağılmış yuvasına baxıb qayıdırlar. Quşlar bizdən xoşbəxtdirlər.
 
Hərəkət edə bilən bütün canlılar tərk etdi o yerləri. Ağaclar, kollar, torpaqlar, dağlar… qaldı. Demək, onlar torpağa bizdən daha çox bağlıdılar.
 
Ayrılıqdan, xiffətdən ağacların yarpaqları saraldı. Dağlar bozardı. Ağappaq ağaran evlərin yerə sərilən daşları nəm çəkdi. Dəyişdi rəngi. Lalələr də dərd çəkdiyindən üstündəki qara xalı qırmızı rəngindən böyük görsəndi. Nişangah kimi.
 
Qarabağa hər mənada payız gəldi. Qarabağın baharı sonbahara döndü.
 
Daha oraların narı qızarmır. Qoz da qabıqdan gecələr düşür. Qorxur səsi eşidilər, tutular atəşə.
 
Ağacların yarpaqları payız yarpaqlarının başqa rəng çalarlarını da almır. Saralıb tökülən yarpaqların üstünə qara buludlar göz yaşı tökür. İsladır. İsladır ki, külək əsəndə xışıltı səsi salmasın. Adam yox üstündə yeriyə…
Tutu araq dadır. Arxından hələ də qan axır. Buralarda qızaran ancaq qan rəngidir.
 
Lal bir sükut var. Gecələr ancaq atəş səslərinin pozduğu lal-ölü bir sükut.
Cığırlar dərddən üzülüb. Dəli olmuş külək izləri itirib. Saralmış otlar, kol-koslar qapayıb yolların üzünü. Pas atmış dəmiryol relsləri sarala bilən nə varsa, onların arasında ard-arda düzülmüş ilan sürüsü kimi qaralır. Üzüqoylu uzanmış künbəz sınıq-sökük baş daşlarını qucaqlayıb ağı deyir. Dağlar, dərələr bizim yerimizə çəkdiyi xəcalətdən kiçilib. Təpələr düzən olub, düzəni çala yerdə.
 
Qarabağın payızına payız gəlib.
 
O yerlərə öz istəyilə ancaq payızla qış gəlir. Özü də daha sərt. İlımlı heç nə yoxdur orda. Bu dərdə dözə bilməyib infark keçirən torpağın sinəsi cadar-cadardı.
 
Bulud bu yerlərin üstünü kabus kimi alıb. Yağış balasını itirmiş ana təki aramsız göz yaşı tökür. Qəmin, kədərin göz yaşı duzlu olduğundan düşdüyü yeri sapsarı saraldır.
 
Hər dəfə soyuqlar başlayanda; yağış, qar yağanda mənə elə gəlir ki, oralar da mənim kimi üşüyür. O yerlərə yağan yağış, qar sanki içimə yağır. Əsim-əsim əsirəm. Titrədirəm.
 
O yerlər soyuqdan daha çox yiyəsizlikdən üşüyür. Yetim kimi. Atılmış kimi…
 
Göynərtisi sinəmizi göynədən, acısı yuxumuzu ərşə çəkdirən bu həsrət üzəcək bizi. Torpaq, dağ qarışıq.
 
Payız ömürlü yurdun durnalara qoşulub gedən quşları biz gələn yazı gözləyir. O yerlərə bahar, yaşıllıq sevincin şirin göz yaşlarıyla gələcək.
 
Həsrətə rəng qatmaq lazımdır. Yaşıl rəng sarı ilə mavinin qarışığından alınır. Sarı ümid, mavi isə azadlıq rəngidir.
 
Azadlığa olan Umid Qarabağa yaşıllıq, həyat gətirəcək…

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler