Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu hal sizi oldure biler: Stressden nece qorunmali?

36 views20/11/2016

23:36

– xeber –
Stressin beyin və bədən sağlamlığı üçün bir çox mənfi təsiri var.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, stress öncəliklə qan təzyiqini artıraraq beyin və ürək də daxil olmaqla bütün orqanları məhv edir.
Stresslə bərabər meydana çıxan duyğular da çox önəmlidir. Məsələn, sevdiyiniz birinin uğurunu gözləyərkən hiss etdiyiniz stresslə qəza zamanı yaşadığınız stress fərqlidir.
Mənfi hisslərə səbəb olan stress beyində öldürücü təsirə malikdir. Elmi araşdırmalara görə, stress sinir hüceyrələrinin məhv olmasına səbəb olur. Stress zamanı çoxlu miqdarda ifraz olunan kortizol hormonunun təsirindən neyronlar kalsiumla həddindən artıq "doyur" ki, bu da onların dağılmasına səbəb olur. Həmçinin yeni neyronların əmələ gəlməsini ləngidir və neyronlar arasında siqnalların ötürülməsinin sürətini azaldır. Alimlər bu qənaətə gəlib ki, stressə qarşı dözümlülük formalaşmasa, həqiqətən də stress insanı öldürə bilər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler