Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu banklara sanksiya tetbiq edildi

10 views23/11/2016

08:28

– xeber –
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların 15.11.2016-cı il tarixinədək açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məktubda banklardan tələb olunan məlumatların qeyd olunan müddətə qədər açıqlanması tələb olunub.

Banklara məktubun oktyabrın 30-da göndərilməsinə baxmayaraq 10-dan çox bank maliyyə hesabatını dərc etməyib. Buna görə də, MBNP sonuncu dəfə noyabrın 21-də tələblərə əməl etməyən 10-dan şox banka qarşı maliyyə sanksiyasının tətbiq olunduğu ilə bağlı xəbərdarlıq məktubu göndərib. Məktubda bu banklara tələb olunan məlumatların açıqlanmasını təmin etmədikləri vurğulanıb.

Sənəddə qeyd olunub ki, qanunvericiliyin tələblərinə əməl etməyən banklara qarşı sanksiyalar tətbiq olunacaq. “Bununla əlaqədar olaraq, “Banklar haqqında” qanunun 48-ci maddəsinə əsasən bankınıza yeni filial və şöbələrin açılması dayandırılacaq, yeni müştəri hesablarının açılması və yeni əmanətlərin cəlb edilməsi qadağan ediləcək. Məlumatların açıqlanmasının dövriliyi, tərkibi, istifadəçilərə çatdırılması, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmini əks etdirən daxili qaydaların və bu sahəyə məsul olan inzibatçı haqqında məlumatların 2 iş günü ərzində Palataya təqdim olunması bankınıza tapşırılır. Qeyd olunan qadağalar yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırıla bilər”, – deyə məktubda vurğulanıb.

Sanksiyanın tətbiq olunması ilə bağlı xəbərdarlıq məktubundan dərhal sonra maliyyə hesabatlarını gizlədən banklar Palatanın tələbinə əməl etməyə başlayıb və bütün banklar 2016-cı ilin 9 ayı üzrə öz maliyyə hesabatlarını saytlarında yerləşdiriblər.

Bank sektoru üzrə ekspert Samir Əliyev deyib ki, banklar böhran yaranandan bəri hesabatlılıq məsələsinə önəm vermir. Onun sözlərinə görə, bu sahədə banklar tərəfindən intizamsızlıq müşahidə edilir: “Bankların hesabatlılığı ilə bağlı çox böyük problemlər var. Bizdə yeni struktur, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranana qədər bir qədər boşluq yarandı. Bu boşluq böhranla üst-üstə düşdü. Banklar isə bu vəziyyətdən sui-istifadə etməyə başladılar. Mən Palatanın banklara münasibətdə sərt addımını düzgün qiymətləndirirəm. Ola bilər ki, qaydalar bir qədər sərtdir. Amma başqa variant yoxdur. “Əgər banklar arasında ayrı-seçkilik yoxdursa, fərq qoyulmursa, bu qaydalar bütün banklara aiddirsə, bunu normal qəbul edirəm. Bunun nəticəsini görürük. Artıq banklar 9 aylıq hesabatlarını açıqlamağa başlayıb. Əgər bank hesabat yaymırsa, nəyə görə müştəri bu banka vəsait yatırmalıdır? Nəyə görə, bankın problemi varsa, bank əmanət cəlb etməlidir və bu əmanətə görə dövlət kompensasiya verməlidir. Yəni, bu kompensasiya büdcə vəsaitləri hesabına təmin edilir. O baxımdan bu sərt addımı düzgün qiymətləndirirəm və düşünürəm ki, sərt yanaşma olmalıdır”.

Qanunvericiliyə əsasən bankların maliyyə hesabatlarını mütəmadi açıqlamalı olduğunu deyən S.Əliyev hesab edir ki, Palatanın bu məsələdə ardıcıl eyni mövqedə olması maliyyə təşkilatlarını hesabatları vaxtında açıqlamağa məcbur edəcək: “ Cəmiyyətdə belə bir fikir var ki, hesabatlarını dərc etməyən bankın maliyyə vəziyyəti ağırdır və bağlanmaq ehtimalı var. Belə bir həssas dövrdə banklar hesabatları dərc etməyə maraqlı olmalıdır”.

MBNP Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov “APA-Economics”ə bu məsələyə şərh vermək istəmədiyini bildirib. Bununla belə, R.Abbasov qeyd edib ki, MBNP banklar tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsinə və maliyyə sektorunda şəffaflığın təmin olunmasına xüsusi önəm verir. “Məsələyə şərh vermək istəmirəm. Banklara qanunvericiliyin tələblərinə əməl etməyi tövsiyə edirik. Palata bank sektorunda şəffaflığın təmin olunmasında maraqlıdır. Bu ilk növbədə maliyyə xidmətləri istehlakçılarının maraqlarına cavab verir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler