Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu, Azerbaycanin qelebesidir… – Behram

5 views25/11/2016

13:40

– xeber –
Çox gözəl sərgiydi, uğurla başa çatdı. Sərgi üç hissədən ibarət idi: mənim karikaturalarım, Bakının fotoları və yeni kitabım. Bu kitab isə cənab Prezidentin vəzifədə olduğu müddətdə şəhərimizdə inşa olunan müasir, gözəl binaların fotolarından ibarətdir.
Bu sözləri əməkdar artist Bəhram Bağırzadə Avstriyanın Vyana şəhərində təşkil olunan sərgisi haqda Axar.az-a danışarkən deyib. O, Bakıda da sərgi təşkil edəcəyini bildirib:
“Sərgim baş tutan salonda Prezident İlham Əliyevin Avstriyaya hədiyyə etdiyi Qarabağ xalçası da sərgilənirdi, çox qürurverici an idi. Bu, Azərbaycanın qələbəsidir. Sərgi iştirakçılarına Bakı ilə bağlı 48 foto hədiyyə etdim və onlara bildirdim ki, əgər Bakıya gəlsələr, daha gözəl binaları canlı görə bilərlər. O ki qaldı Bakıdakı sərgiyə, buna hazırlaşıram. Hal-hazırda maketlər üzərində işləyirəm, dekabrın sonuna çatdıra bilməsəm də, gələn ilin mayında – Gül Bayramından bir neçə gün əvvəl və ya sonra sərgimi təşkil edəcəyəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler