Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu avtobusun yolu deyisdirildi – Diqqet

3 views12/01/2018

15:17


[r32]
– xeber –
132 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, daha əvvəl də açıqlandığı kimi, 13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə Bakı Bus MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək. Hərəkət sxeminə əsasən, 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi Məktəb küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.
Belə ki, Məktəb küçəsi istiqamətində avtomobil yolu Bakı Bus MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. Məktəb küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler