Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bu, ABŞ edaletine zerbedir – Bas prokuror

6 views13/08/2017

18:00


[r32]
– xeber –
ABŞ-ın Ədliyyə Nazirliyi şənbə günü Virciniya ştatının Şarlotsvill şəhərində milli nümayiş zamanı insanların üzərinə maşın sürülməsi ilə bağlı mülki hüquqlar zəminində istintaqa başlayıb.
Baş prokuror Ceff Seşşin deyib ki, zorakılıqlar və ölüm halları ABŞ-ın qanun və ədalətinə başdan zərbədir.
“Radikal vəhşilik və nifrət dəyərlərimizə ziddir və biz bunu qəbul etməyəcəyik” – deyə baş prokuror bildirib.
Prezident Donald Tramp da zorakılığı qınaıyb.
Avqustun 12-də ağdərili millətçilər və ifrat sağçıların kütləvi aksiyası faciə ilə bitib.
Bu aksiyada yürüşlə etiraz edənlərin üzərinə maşın sürülüb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Polis maşının sürücüsü, 20 yaşlı Ceyms Aleks Fildsi şübhəli qismində saxlayıb.
Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Şəhər meri Maykl Sinqer Tvitter hesabında baş verənlərə görə təəssüfünü bildirərək, hələ də hadisə yerində aksiya keçirənləri evlərinə qayıtmağa çağırıb.
Bir neçə saat sonra yürüşün havadan monitorinqini keçirən vertolyotun qəzaya uğradığı bildirilib. Ağaclıq əraziyə dəyən vertolyotun pilotları qəza nəticəsində həlak olub.
Amerikanın səsi

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler