Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

BTQ uzre isler son merhelededir – Turk nazir

10 views29/11/2016

19:12

– xeber –
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları» mətbuat katibliyindən Axar.az-a verilən xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısına gələcəkdə dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.
İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması və digər məsələlər müzakirə olunub.
Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti haqqında danışıb. O, bildirib ki, layıhənin Türkiyə hissəsindəki işlər son mərhələdədir, qısa müddətdə başa çatdırılacaq və bununla da dəmir yolu vasitəsilə Çindən Avropaya birbaşa əlaqə qurulacaq.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler