Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Britaniya Rusiyaya meydan oxudu

9 views28/11/2016

15:32

– xeber –
ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya ilə qarşıdurma yolundan geri çəkilməməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu BBC radiosuna müsahibəsində Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon söyləyib. Onun sözlərinə görə, London yeni Amerika administrasiyasından bu yolu seçəcəyini gözləyir:
“Seçkiqabağı ritorika ilə praktikanı bir-birindən ayırmaq lazımdır. Praktikada bütün Amerika administrasiyaları Rusiya ilə qarşıdurmada olublar. Biz Rusiya ilə dialoqun dayandırılmasını demirik. Biz sadəcə olaraq onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəmirik. Rusiya açıq-aşkar beynəlxalq hüquq normalarını pozur və bu, heç vaxt unudulmayacaq. Biz Rusiya ilə qarşıdurma kursunu davam etdirməklə, təcrid ediləcəyimizdən qorxmuruq. Qərb NATO-nun müdafiə alyansı olduğunu və onun Şərqi Avropadakı müttəfiqlərini qorumağa qadirliyini göstərməlidir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler