Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Boyuk guclerin Yaxin Şerqde muharibe oyunu

10 views30/11/2016

06:48

– xeber –
Bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli hal olan məzhəb qarşıdurmalarına çevrilir.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Türkiyəyə olan təzyiqləri artırmaq üçün etnik separatizmlə yanaşı, yaxın gələcəyə hesablanmış məzhəbsəl faktorlarla körüklənən münaqişələr üçün də zəmin hazırlanmaqdadır:
“Bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli hal olan məzhəb qarşıdurmalarına çevrilir. Bundan yalnız Qərb və Rusiya deyil, bölgədə öz nüfuzunu artırmaq istəyən və bunun üçün də məzhəb vurğusuna xüsusi önəm verən İran, ərəb ölkələri də yararlanmağa çalışırlar. Münaqişələrin belə bir hal alması hər iki məzhəbə qucaq açmış türk coğrafiyası üçün ciddi təhükə mənbəyinə çevrilə bilər ki, əslində, başlıca hədəf də elə budur”.
Analitikin sözlərinə görə, qarşıdurmalara müəyyən tarixi “əsaslar” yaratmağa çalışan qüvvələr bununla da gələcək münaqişələr üçün münbit zəmin hazırlayırlar:
“Qərb və ərəb ölkələrinin bəzi aparıcı media orqanlarının Türkiyəni müasir Osmanlı, İranı isə müasir Səfəvi kimi təqdim etməklə, yeni “Çaldıranların” Mosulda, Hələbdə, hətta Yəməndə belə təkrarlanacağını qabartmaları, hər iki ölkənin Yaxın Şərq siyasətini məhz belə bir bucaqdan təqdim etmələri düşündürücüdür. Bölgədə olan türklər arasında birlik və bərabərliyi, qardaşlığı pozmağa çalışan və bunu hər hansı bir şəkildə zədələməyi özü üçün hədəf götürən qüvvələr tarixi faktları öz maraq və istəklərinə görə interpretasiya edərək ondan yeni bir təfriqə və nifaq toxumu kimi yararlanmaqdadırlar. Necə ki, İraq və Suriyada yaşayan türkman qardaşlarımızı məhz məzhəbsəl zəmində parçalamağa çalışırlar”.
V.Zifəroğlu əlavə edib ki, hazırda Türkiyədə etnik separatizm üzərində vüsət alan terror hərəkat və təşkilatlarında da məzhəbsəl faktorların qabardılması tendensiyası müşahidə edilir: “Halbuki, Anadoluda kürd siyasi hərəkatının ələviliyə sahiblənməsi birbaşa hənəfi və ələvi türkmanların bir araya gəlməsini istəməyən, gizli türk düşmənçiliyi edən güclərin marağına xidmət edir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler