Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Bosansam deyecem ki, canim qurtarsin" (FOTO)

11 views28/11/2016

11:16

28 Noyabr 2016 13:10 – xeber –
"ARB Ulduz"da yayımlanan "Şou məkan" proqramının növbəti qonağı, nə az, nə çox 8 ildir ki, səhnələrdən uzaq düşən Aynur Dadaşova olub.

Olkem.az xəbər verir ki, sənətə geri dönən sənətçi, ötən müddət ərzində nələr etdiyindən eksklüziv olaraq "Şou məkan"a danışıb.
"Mən həmişə efirlərdə müğənniləri izləyəndə bir tamaşaçı kimi baxırdım. Düşünürdüm ki, bu, belə bir mahnı ifa etsə, yaxşı olar, bu, görünüşündə yenilik etsə, əla görünər. İçimdə yaxşılığa doğru fikirlər oyanırdı".

– Aynur xanım, 8 illik bir uzaqlaşma müddətində heçmi daşı daş üstə qoyub yaradıcılıqla məşğul olmadız?

– Mahnılar üzərində işləmişəm. Yeni mahnılarla studiyalara müraciət etmişəm. Repertuarıma türk mahnıları daxil edib oxumuşam. Mahnılarım var idi ki, oxumuşdum, ancaq efirlərdə yayımlanmamışdı. Onları aranjman etdirib ifa etmişəm.

Müğənni sənətinə fasilə verib sevənlərinin gözünün kökünü saraltmasının, sənətə açılan qapılarını bağlayıb getməsinin səbəblərini də açıqladı.

"Nəinki övladlarımda, çox şeydə narahatlıq hissini duyan bir insanam. Mən bilirdim ki, sabah çəkilişdə olanda narahat oturacaqdım ki, görəsən, oğlum məktəbə getdimi, gecikmədi ki, bu narahatlıq məndə həmişə yaranır".

– Aynur xanım, insanların dilinin altında çürüyən söz-söhbətlər baş alıb gedir. Haqqınızda söylədilər ki, guya siz boşandığınız üçün yenidən qayıtmısız.

– Belə bir şey yoxdur, olsa da, tamaşaçılardan gizlətmərəm. Hamının başına gələcək bir şeydir. Adamın qonşusu var, sağı var, solu var. Sabah bir yerdə görüntülənəndə, onda necə olacaq. Ancaq həyatda nəsə belə bir şey olsa, danmaram, gizlətmərəm, yalançı olmaqdansa, həqiqəti açıq deyərəm ki, bununla da canım qurtarsın".

Sən demə, Aynurun geyi qayıtmasının tamam başqa səbəbləri varıymış.

"Almaz xanım var idi. Övladlarımla gəzintiyə çıxmışdım. Mənə yaxınlaşıb dedi ki, Aynur, mənim 45 illik həkimlik təcrübəm var, sənə bir söz deyim, sənətinə qayıt. Sənin gözəl səsin var. Bunu mənə tək Almaz xanım yox, bir çox insan dedi. Bilirsiz, ələxüsus xanımlar məni çox istəyirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler