Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Biz Avropani AB uzvunden qoruyuruq”

22 views11/03/2016

15:40

17:36 – xeber – Yunanıstan miqrantları saxta sənədlərlə öz sərhədindən Avropaya buraxmağa hazırdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Bild” qəzetinə açıqlamasında Makedoniya Prezidenti Qerqe İvanov söyləyib. Onun sözlərinə görə, Makedoniya Avropanı Avropa Birliyinə üzv olan ölkədən qoruyur:
 
“Biz indiyə qədər qaçqınlardan 9 min saxta sənəd götürmüşük. Bu sənədlər vasitəsilə Avropa Birliyinə bir çox radikal islamçılar da daxil olmaq istəyib. Avropa Birliyi buna qarşılıq olaraq böhranın həlli üçün Yunanıstana 700 milyon avro ayırdığı halda, Makedoniyaya isə bir qəpik də ayırmır. Əgər biz təhlükəsizlik məsələsində özümüzə yox, Brüsselə güvənsəydik, o zaman bizim ölkəni çoxdan cihadçılar ordusu tutmuşdu”.
 
Qeyd edək ki, bir müddət öncə AB miqrant böhranının həlli üçün Yunanıstana 300 milyon avro pul ayırıb. Brüsselin qərarı ilə bu yardım 2018-ci ilə qədər 700 milyon avroya çatdırılmalıdır. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler