Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Bill Qeyts ozunun "agilli" seherini insa edecek

3 views14/11/2017

23:51


[r32]
– xeber –
"Maykrasoft" şirkətinin sabiq başçısı Bill Qeyts ABŞ-ın Arizona ştatında özünün "ağıllı" şəhərini tikmək niyyətindədir.
Report xəbər verir ki, iş adamının sərmayə şirkəti innovativ yaşayış məntəqəsini inşa etmək üçün 101,1 kvadrat kilometr torpağı satın alıb. Bu layihəyə 80 milyon dollar vəsaitin xərclənilməsi planlaşdırılır.
Şəhərin adı Belmont olacaq və o, Feniks şəhərindən qərbdə, 45 dəqiqəlik avtomobil yolu məsafəsində yerləşəcək. Yeni, iri yaşayış məntəqəsinin muxtar nəqliyyat vasitələri fəaliyyət göstərəcək.
Belmontda ofis və ticarət binaları ilə yanaşı, dövlət məktəbləri və fərdi yaşayış evləri də mövcud olacaq. Las-Veqas şəhərinə aparan yolun bu şəhərdən keçəcəyi bildirilir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler